MTRŞ sədri: “Telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ciddi nöqsanlar mövcuddur”

MTRŞ sədri: “Telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ciddi nöqsanlar mövcuddur”
# 02 may 2013 09:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, artıq televiziya və radio kanallarında ədəbi dilin qorunması məqsədilə prezidentin imzaladığı sənədin icrası ilə bağlı tədbirlərə start verilib: “Sabah keçiriləcək yığıncaqda bununla bağlı müzakirələr aparılacaq. Təbii ki, bədii şuralar yaradılarkən bunun ən optimal variantını seçməliyik”.

MTRŞ sədri deyib ki, uzun müddətdir milli-mənəvi dəyərlərin televiziyalarda qorunması ilə bağlı da məsələlər ortaya çıxıb və müzakirələr aparılır: “Televiziya kanallarında bu istiqamətdə də ciddi nöqsanlar mövcuddur. Bunları aradan qaldırmaq üçün müzakirələr aparılır. Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması bizim əsas məsələlərimizdən biridir. Efirə çıxan aparıcılar Azərbaycan dilini səlis, aydın bilməlidir. Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq. Bu problemlər radiolarda da mövcuddur. Artıq qərarlarımız radiolara da şamil olunacaq”.

N. Məhərrəmli cəza mexanizminin çəkindirici olmasının tərəfdarı olduqlarını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR