Mərkəzi Bank: Bu il valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib

Mərkəzi Bank: Bu il valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib
# 11 avqust 2015 14:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Mərkəzi Bankın Pul Siyasəti İcmalının cari ilin 6 ayının yekunlarına həsr olunan növbəti nömrəsi yayımlanıb.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, icmalda qlobal iqtisadi meyllərin və Azərbaycanda makroiqtisadi proseslərin təhlili, habelə pul və məzənnə siyasətinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, mürəkkəb qlobal iqtisadi mühit şəraitində Mərkəzi Bank özünün pul və məzənnə siyasətini makroiqtisadi və maliyyə sabitliyinin qorunması, qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirib.

Hesabat dövründə pul siyasəti üzrə başlıca hədəflərə çatma vəziyyəti qənaətbəxş olub, inflyasiya aşağı birrəqəmli səviyyədə qorunub. Məzənnə siyasəti üzrə tədiyə balansında yaranmış yeni meylləri nəzərə alan və iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsinə xidmət edən qərarlar qəbul olunub.

Hesabat dövründə də ölkənin, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR