Çilidə daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Çilidə daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
# 04 aprel 2015 23:24 (UTC +04:00)

Bakı-APA. Çilidə daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, daha 101 nəfər itkin düşmüş hesab edilir.

Çilinin şimal bölgəsində davam edən şiddətli yağış və daşqınlar nəticəsində bir neçə yaşayış məntəqəsi suyun altında qalıb. Minlərlə insan içməli su və elektrik enerjisiz qalıb.

Qeyd edək ki, daşqınlar tüğyan edən Atakama bölgəsi dünyanın ən quraq ərazilərindən biri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR