Neftçalada bərbərxana yanıb

Neftçalada bərbərxana yanıb
# 09 aprel 2015 22:56 (UTC +04:00)

Bakı-APA. Neftçalada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Beştalı kəndində (Salyan RDYMH-dən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan bərbərxanada baş verib. Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR