Rusiyalı qadın Bakıda iki nəfəri bıçaqlayıb

Rusiyalı qadın Bakıda iki nəfəri bıçaqlayıb
# 06 fevral 2013 08:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Rusiya vətəndaşı olan qadın Bakıda iki nəfəri bıçaqlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 4-də Daş karxanası küçəsində Qazax rayon sakini Üzeyir Yusifov və Ağa Nemətulla küçəsində Bakı şəhər sakini Anar Məmmədxanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rusiya vətəndaşı Olqa Adeyeva fevralın 5-də saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR