Hacıqabulda 19 yaşlı gənc müəmmalı şəraitdə ölüb

Hacıqabulda 19 yaşlı gənc müəmmalı şəraitdə ölüb
# 03 dekabr 2014 15:26 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının kənarında, Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.

Şirvan şəhər sakini G. Şıxbalaoğlu küçəsi 62, mənzil 11 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Musayev Mürsəl Mahir oğlu avtobusla Kürdəmirdən Bakıya gedərkən dayanacaqda olan restoranda həyat yoldaşı ilə çay içərkən qəfildən halı pisləşib və dünyasını dəyişib.

Mürsəl Musayevin meyiti müayinə üçün Şirvan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinə təhvil verilib.

Hacıqabul Rayon Prokurorluğundan bildirilib ki, Mürsəl Musayevin meyitinin müayinəsi zamanı ekspertiza nümunələri götürülüb və Bakıya Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Yalnız ekspertizanın rəyindən sonra istintaq onun hansı şəraitdə öldüyünü müəyyən edəcək.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR