FHN “Binə” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

FHN “Binə” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb
# 31 yanvar 2013 09:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi “Binə” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar yanıb. Həmin dükana bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR