"Azercell": "WhatsApp"ın istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb

"Azercell": "WhatsApp"ın istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb
# 30 iyun 2015 15:03 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, "Azercell"in sosial şəbəkələrdə (şirkətin Twitter, Facebook və Instagram şəbəkələrindəki rəsmi səhifəsində - red.) yaydığı bəyanatda qeyd edilib ki, "Azercell" tərəfindən "WhatsApp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb: "Qeyd edək ki, "Azercell" bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır".

Sosial şəbəkə istifadəçiləri tərəfindən bu bəyanat birmənalı qarşılanmayıb.

Bəzi istifadəçilər iddia edir ki, "Azercell"in mobil internetindən istifadə edərək "WhatsApp"ın zəng funksiyasından yararlanmaq olmur, halbuki, "wi-fi"ya qoşulan zaman problem aradan qaldırılır. Buna cavab olaraq, şirkətdən bildirilir ki, "Azercell" bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır.

Digər istifadəçilər də qeyd edir ki, "WhatsApp"dan istifadə edərək mesaj yazmaq olur, lakin zəng etmək mümkünsüzdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR