Ağstafada 7 otaqlı ev, Masallıda isə təndirxana yanıb

Ağstafada 7 otaqlı ev, Masallıda isə təndirxana yanıb
# 30 oktyabr 2015 01:58 (UTC +04:00)

Bakı-APA. Ağstafa və Masallıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunda yanğın Qaçaq Kərəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanın. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan təndirxananın tavanı və içərisinə yığılmış odun parçaları 16 kv.m sahədə yanıb. Təndirxananın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR