“Azərreyl” transferlərini yekunlaşdırıb

“Azərreyl” transferlərini yekunlaşdırıb
# 20 sentyabr 2012 10:26 (UTC +04:00)
Bakı – APA. “Azərreyl” transferlərini yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizə aparacaq “dəmiryolçular” Avropa Voleybol Konfederasiyasına (CEV) 15 voleybolçunu sifariş vermək fikrindədirlər.

Bunlar toppaylayıcılar Milena Radeçka (Polşa), Anna Qrbaç (Xorvatiya), Oksana Parxomenko (Azərbaycan, zədəlidir), blokçular Karolina Vensink (Hollandiya), Sara Anzanello (İtaliya), Uilson Ariel (ABŞ), hücumçular Debbi Stam, Manon Flier (hər ikisi Hollandiya), Meqan Hodj (ABŞ), Tina Lipiçer (Sloveniya), Alis Lo Kassio (İtaliya), Polina Rəhimova, Anastasiya Qurbanova (hər ikisi Azərbaycan, Rəhimova zədəlidir), liberolar Valeriya Korotenko (Azərbaycan) və Luna Karokkidir (İtaliya).

Super Liqanın son mövsümünü 5-ci yerdə bitirən “Azərreyl”də ötən ilki heyəti ilə müqayisədə azərbaycanlı voleybolçuların sayı 50 faiz azalıb. Belə ki, 2011/2012 mövsümündə komanda CEV-ə 8 yerli voleybolçu sifariş verdiyi halda, bu dəfə onların sayı cəmi 4-dür. Həmin oyunçulardan isə ikisinin zədəlidir.

Qeyd edək ki, komandanı yeni mövsümdən də həmyerlimiz Faiq Qarayev deyil, italiyalı Alessandro Çiappini çalışdıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR