Azərbaycanda inşaat işlərinə investisiyalar 28% artıb

Azərbaycanda inşaat işlərinə investisiyalar 28% artıb
# 17 sentyabr 2012 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlindən Azərbaycanın inşaat kompleksində 8,4 mlrd. manat məbləğində investisiyadan istifadə edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istifadə edilmiş vəsaitin 59,9%-i və ya 5 mlrd. manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

«Ötən ilin yanvar-avqust aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 28,4%, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 28,3% artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 78,9%-ni və ya 6,6 mlrd. manatını daxili investisiyalar təşkil edib və bu göstərici 34,6% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5 949,1 mln. manat vəsaitin 3 697,7 mln. manatından istifadə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR