Azərbaycan alimləri II Beynəlxalq Türkoloji Simpoziumda iştirak ediblər

Azərbaycan alimləri II Beynəlxalq Türkoloji Simpoziumda iştirak ediblər
# 17 sentyabr 2012 13:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan alimləri Polşanın paytaxtı Varşava şəhərində keçirilən II Beynəlxalq Türkoloji Simpoziumda iştirak ediblər. Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Varşava Universitetinin Şərqşünaslıq fakültəsi, Türkologiya və Orta Asiya xalqları şöbəsi, Azərbaycan və Türkiyənin Polşadakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan, Türkiyə, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən 150-dən artıq elm xadimi iştirak edib. Sentyabrın 12-dən 14-dək davam etmiş simpoziuma Azərbaycandan 15 nəfərlik nümayəndə heyəti qatılıb.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Türkiyənin Polşadakı səfiri Yusuf Ziya Özcan, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli və digər şəxslər çıxış ediblər. Azərbaycanlı alimlər müxtəlif mövzulara dair məruzələrlə çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR