Abşeron rayonunda silah-sursat tapılıb

Abşeron rayonunda silah-sursat tapılıb
# 26 iyun 2012 08:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Abşeron rayonunda silah-sursat tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunda döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirərkən müəyyən olunub ki, bu istifadəyə yararlı partlayıcı qurğuları (UZRQM) ilə birlikdə olan 2 ədəd F-1 əl qumbarası və 1 ədəd (PDŞ-3) tüstülədici şaşkadır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR