Azərbaycanda 6663 bakalavr ali təhsil müəssisələrinin magistraturasına ixtisaslaşma seçimini təsdiqləyib - YENİLƏNİB

Azərbaycanda 6663 bakalavr ali təhsil müəssisələrinin magistraturasına ixtisaslaşma seçimini təsdiqləyib - <font color=red>YENİLƏNİB</font>
# 30 iyun 2012 12:04 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

İxtisaslaşma seçimində imtahanın ikinci mərhələsindəki nəticələri və ümumi balı TQDK tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar iştirak ediblər. İxtisaslaşma seçiminə müsabiqə şərtlərini ödəyən 6861 bakalavr buraxılıb. Onlardan 6663 nəfəri internetlə ixtisaslaşma seçimi edərək təsdiqləyib.

TQDK-dan bildirilib ki, seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR