Azərbaycanda övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 200 valideyn barəsində tədbir görülüb

Azərbaycanda övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 200 valideyn barəsində tədbir görülüb
# 01 noyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. 2012-ci ilin 10 ayında Azərbaycan polisi tərəfindən aparılmış reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğu cəlb olunan 455 azyaşlı müəyyən edilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisə (MM) təqdim etdiyi illik məlumatda bildirilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyatı dövlət strukturlarına göndərilib.

Baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 100-ə yaxın uşağa və onların valideynlərinə paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiya mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı “Uşaq polisi otaqları”nda polisin qeydiyyatında olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR