ABŞ-da işsizlik səviyyəsi 43 aylıq minimuma enib

ABŞ-da işsizlik səviyyəsi 43 aylıq minimuma enib
# 06 oktyabr 2012 08:10 (UTC +04:00)
Bakı-APA-Economics. ABŞ-da işsizlik səviyyəsi sentyabrda 7,8 faizə düşüb ki, bu da 2009-cu ilin yanvarından bəri qeydə alınan ən aşağı göstəricidir. “APA-Economics”in məlumatına görə, ölkənin Əmək Nazirliyi bildirib ki, sentyabr ayında məşğulluğun artması ilə bərabər ixtisarların sayı tarixi minimuma enib.

Sentyabr ayında ABŞ-da 114 min iş yeri yaradılıb. Müşahidəçilərin fikrincə, belə statistika Barak Obamanın reytinqinin yüksəlməsinə xidmət edəcək. Belə ki, 2009-cu ilin yanvarında B. Obamanın inauqurasiyasından sonra işsizlik səviyyəsi kəskin artıb və bu ilin sentyabrına qədər 8 faizdən artıq olub. Bu amil B. Obamanın reytinqinin aşağı düşməsinin əsas səbəbi kimi hesab olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR