Azərbaycanda iaşə müəssisələrinin dövriyyəsi yanvarda 16% artıb

Azərbaycanda iaşə müəssisələrinin dövriyyəsi yanvarda 16% artıb
# 22 fevral 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda iaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar ayı ilə müqayisədə 15,7% artaraq 41,6 mln. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında özəl sektorda iaşə dövriyyəsinin 51,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 48,6%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların iaşə fəaliyyəti sayəsində formalaşıb. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,7% artaraq 20,8 mln. manata çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR