Orxan Kərimov məhkəmədə ifadə verib

Orxan Kərimov məhkəmədə ifadə verib
# 03 oktyabr 2012 15:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Orxan Kərimov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib. Prosesdə digər təqsirləndirilən şəxs İbrahim İsgəndərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. Hakim bildirib ki, növbəti prosesdə həmin vəsatət müzakirə olunacaq.

Proses oktyabrın 5-də davam etdiriləcək.

Xatırladaq ki, O.Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR