Hüquq müdafiəçiləri bir sıra rayon polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri bir sıra rayon polis şöbələrində monitorinq keçiriblər
# 27 sentyabr 2012 08:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov , hüquq müdafiəçiləri Elçin Şirinov və Süleyman Süleymanov Daxili İşlər Nazirliyinin tabeliyində olan Gəncə , Yevlax , Tərtər, Mingəçevir, Samux, Göygöl və Ağdam rayon Polis Şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçiriblər.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq samanı saxlanılan şəxslərlə fərdi söhbət aparılıb, onların saxlanma şəraiti araşdırılıb. Hüquq müdafiəçisi Goranboy rayon Polis Şöbəsinin əsaslı təmirə ehtiyacı olduğunu deyib: “Hesab edirəm ki, bina əsaslı təmir olunmalıdır. Şəraiti çox pis vəziyyətdədir. Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan 16 nəfərin hamısı demək olar ki, hərbiçilərdən ibarət idi. Biz dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik ki, hər adi məsələyə görə, hərbiçilərə cinayət işi açmaq düzgün deyil. Lakin bu hal yenə də baş verir. Orada saxlanılan şəxslər də bununla bağlı bizə şikayətlərini bildirdilər”.

E. Behbudov Ağdam rayonunda olarkən isə icra başçısı Nizami Sadıqovla görüşdüklərini bildirib: “Nizami Sadıqov bizi qəbul elədi. Ağdam rayonun məskunlaşdığı Quzanlı kəndində çox böyük işlər görülüb. Orada olarkən əhali arasında da sorğu keçirdik. Hamı icra başçısından, rayonda görülən işlərdən razılığını bildirdi ”.

E. Behbudov monitorinqlərin nəticələri barədə daxili işlər naziri Ramil Usubova arayışla məlumat verəcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR