“Binə” Ticarət Mərkəzinin fəaliyyəti tam bərpa olunub - FOTO

“Binə” Ticarət Mərkəzinin fəaliyyəti tam bərpa olunub - <font color=red>FOTO</font>
# 17 sentyabr 2012 14:01 (UTC +04:00)
APA-nın məlumatına görə, “Araz Avia” firmasının vəkili Zaur İbadov jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 16-da səhər saatlarından firmaya məxsus olan “Binə” ticarət mərkəzinə elektrik enerjisinin verilməsinin dayandırılması ilə əlaqədar olaraq ticarət obyektlərinin əməkdaşları tərəfindən işıq generatorlarından istifadə olunub: “Generatorlardan uzun müddət istifadə olunduğu üçün günorta saatlarında ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib. İlkin məlumata görə 140-a yaxın vətəndaş zəhərlənib ki, onların da çoxu müştərilərdən ibarətdir. Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Yəqin ki, daha ətraflı məlumat araşdırmalardan sonra açıqlanacaq ”.

Respublika Baş Prokurorluğu da Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Hadisə nəticəsində 100-ə yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR