Azərbaycan prezidenti İlham Əliyev İslam Kərimovu təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev İslam Kərimovu təbrik edib
# 31 avqust 2012 16:15 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, məktubda deyilir: “Dost Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Özbəkistan müstəqillik yollarında inamla irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi istiqamətində böyük uğurlar qazanır, dünya birliyinin nüfuzlu üzvü kimi tanınır.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Özbəkistan dostluğu ənənələrinin daim qorunub saxlanması, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq, dəstək və etimada əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi sahəsində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına sülh və rifah arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR