Əli Həsənov: “Eks-prezidentlərlə bağlı qanunun Əbülfəz Elçibəyin ailəsinə tətbiqi istiqamətində yaxın günlərdə lazımi addımlar atılacaq”

Əli Həsənov: “Eks-prezidentlərlə bağlı qanunun Əbülfəz Elçibəyin ailəsinə tətbiqi istiqamətində yaxın günlərdə lazımi addımlar atılacaq”
# 07 sentyabr 2012 13:25 (UTC +04:00)
Bu qanun həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə, onun ailə üzvlərinə şamil edilir. Mətbuatda bunun əksi ilə bağlı səslənən bəzi fikirlərin həqiqətə uyğunluğu yoxdur”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-nın sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında” qanunun müddəalarının tətbiqi ilə bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verib: “Bu günlərdə Maliyyə Nazirliyi həmin qanunun mərhum Əbülfəz Elçibəyin xanımına, həm də Ayaz Mütəllibova, onun ailəsinə tətbiqi ilə bağlı lazımi addımlar atacaq. Qanunda nəzərdə tutulan həm maddi, həm də digər bütün müddəalar hər iki prezidentin ailəsinə şamil olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR