Minskdə Belarus Kino Tarixi Muzeyində “Azərbaycan kinosunun tarixi” adlı fotosərgi təşkil edilib – FOTOSESSİYA

Minskdə Belarus Kino Tarixi Muzeyində “Azərbaycan kinosunun tarixi” adlı fotosərgi təşkil edilib – <font color=red>FOTOSESSİYA </font>
# 07 iyun 2012 11:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Minskdə Belarus Kino Tarixi Muzeyində “Azərbaycan kinosunun tarixi” adlı fotosərgi təşkil edilib. Sərgi Azərbaycan Dövlət Film Fondu və Belarus Kino Tarixi Muzeyi tərəfindən təşkil edilib. Dövlət Film Fondundan APA-ya verilən məlumata görə, sərgidə Azərbaycanın tanınmış filmlərini əks etdirən 34 planşet nümayişə çıxarılıb. Açılış mərasimində Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Belarus Dövlət Kino və Fotosənəd Arxivinin direktoru V. Balandin, Balarusun əməkdar incəsənət xadimi, kino rejissor V. Orlov çıxış ediblər. Çıxışçılar sərginin Azərbaycan kinosunun Belarusda təbliğatı baxımından böyük əhəmiyyətini qeyd ediblər. Qeyd olunan tədbir çərçivəsində bu gün Belarus Kino Tarixi Muzeyində rejissor Rasim İsmayılovun “Mən sizi həyatımdan artıq sevirdim” bədii filmi nümayiş etdirilib. Film 1985-ci ildə “Azərbaycanfilm” və “Belarusfilm” kinostudiyaları tərəfindən çəkilib və Belarusun işğaldan azad olunması üçün qəhrəmancasına mübarizə aparmış, ikiqat Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanova həsr olunub. Filmdə Azərbaycan aktyorları ilə yanaşı, Belarus aktyorları çəkilib. Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev filmin yaranma tarixi barədə tamaşaçıları məlumatlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR