Ukraynada investisiya layihələrinin icrası üçün Azərbaycan şirkətlərinə dəstək veriləcək

Ukraynada investisiya layihələrinin icrası üçün Azərbaycan şirkətlərinə dəstək veriləcək
# 04 iyun 2012 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukraynanın İnvestisiyalar və Milli Layihələrin İdarə edilməsi üzrə Dövlət Agentliyi Ukraynada bir sıra istiqamətlər üzrə investisiya layihələrinin həyata keçirilməsi üçün Azərbaycan şirkətlərinə dəstək göstərməyə hazır olduğunu bildirib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Ukraynanın İnvestisiyalar və Milli Layihələrin İdarə edilməsi üzrə Dövlət Agentliyi Ukraynada Azərbaycan şirkətlərinə sıxılmış təbii qazın qəbulu üçün dəniz terminalının inşası («LNG-terminal»), bərk məişət tullantılarının emalı üzrə komplekslər sisteminin yaradılması («Təmiz şəhər»), Ukrayna əhalisinin keyfiyyətli və təmiz su ilə təchizatı («Keyfiyyətli su»), 4-cü nəsil radio-əlaqə texnologiyaları əsasında milli səviyyədə İKT tədris şəbəkəsinin yaradılması («Açıq dünya»), Herson regionunda yeni beynəlxalq tibbi reabilitasiya şəhərciyinin salınması («InterMedicalEcoCity»), idman-turizm kompleksinin tikintisi («Olimpiada ümidi-2022»), mühəndis-texniki infrastrukturu olan 10 pilot sənaye meydançalarının yaradılması («Ukraynanın sənaye parkları») dəstək göstərməyə hazırdır.

Təkliflərə marağı olanlar Azpromo-ya müraciət edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR