Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,5% yüksəlib
# 05 oktyabr 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 575 bəndədək, S&P 500 0,7% - 1 461 bəndədək, Nasdaq 0,5% - 3 150 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə əmək bazarı və sənaye sektoru üzrə statistik göstəricilərin proqnozlardan daha müsbət olması amili təsir edib. Ümumilikdə, qeyd etmək lazımdır ki, bu həftə ABŞ iqtisadiyyatı üzrə müsbət statistika müşahidə olunub və həmin amil bazara yüksəldici təsir göstərib.

Avropa fond bazarlarında oktyabrın 4-də FTSE 100 indeksi 0,03% - 5 828 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 305 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 401 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 796,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3016 (+0,7%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR