Azərbaycanda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycanda ölümlə nəticələnən yol qəzası baş verib
# 26 fevral 2012 09:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Ağdaşın Yuxarı Nemətabad kəndində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü İsmayılov İsmayıl Füzuli oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR