İranlı deputat: “Tehrana qarşı sanksiyaların ləğvi İsrailin maraqlarını təhlükəyə atacaq”

İranlı deputat: “Tehrana qarşı sanksiyaların ləğvi İsrailin maraqlarını təhlükəyə atacaq”
# 03 may 2012 16:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında keçiriləcək Bağdad görüşündə Tehrana qarşı sanksiyaların ləğv edilməsi İsrailin maraqlarını təhlükəyə atacaq”. APA-nın məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Hüseyn İbrahimi deyib.

O bildirib ki, İsrail rəsmiləri İranla “altılıq” ölkələri arasında aparılan danışıqlara mane olmaq üçün gizli səfərlər həyata keçirirlər: “İsrailin apardığı danışıqlar bu dəfə də uğursuzluqla nəticələnəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR