Azərbaycan Ali Məhkəməsinə daha çox hansı dövlət qurumunun qərarından şikayət edildiyi açıqlanıb

Azərbaycan Ali Məhkəməsinə daha çox hansı dövlət qurumunun qərarından şikayət edildiyi açıqlanıb
# 17 fevral 2012 08:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə məhkəmənin bu gün keçirilən plenium iclasında çıxış edən Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev bildirib. O, Vergilər Nazirliyinin cavabdeh kimi iştirak etdiyi işlərin sayının 260-a çatdığını deyib. H. Mirzəyev bu rəqəmin çox olduğunu bildirib.

Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov isə 2011-ci il ərzində kollegiyaya 1071 işin daxil olduğunu qeyd edib. Ş. Yusifov qəbul olunan qərarlarda daim Avropa İnsan Haqları Konvensiyasına, Azərbaycan Konstitusiyasının insan hüquq və azadlıqları ilə bağlı maddələrinə istinad olunduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR