“Azəreneji” enerji sistemində baş vermiş qəza ilə əlaqədar açıqlama yayıb
28 sentyabr 2012 08:38 (UTC +04:00)
ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, açıqlamada bildirilir ki, 28.09.2012-ci il tarixdə güclü leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 06:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. İldırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlikli transformator zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb.
Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub.
Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Sənaye və energetika
Aleksandr Novak: Neftin qiyməti bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir
16:18
7 may 2024
"Dərinsulu Günəşli" platforması üzrə profilaktik işlər başa çatıb
14:12
7 may 2024
Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
10:57
7 may 2024
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
10:36
7 may 2024