AŞPA-da erməni deputatın Dağlıq Qarabağ münaqişəsini Kosovo məsələsi ilə eyniləşdirmək cəhdinə cavab verilib

AŞPA-da erməni deputatın Dağlıq Qarabağ münaqişəsini Kosovo məsələsi ilə eyniləşdirmək cəhdinə cavab verilib
# 26 iyun 2012 13:21 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, nazirin çıxışdan sonra Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan Dağlıq Qarabağ xalqının da Kosovoda olduğu kimi öz müstəqilliyini elan edə bilməsi və BMT-nin prinsipləri çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına layiq olduğu haqda sual versə də, albaniyalı nazir Kosovonun Dağlıq Qarabağ münaqişəsindən fərqli olduğunu bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həll olunması Avropa Şurası təşkilatı olaraq bizim səlahiyyətlərimizə daxil deyil. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur və biz bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bu hər iki ölkənin təşkilata üzv olduğu zaman öz üzərlərinə götürdükləri öhdəliklərdən irəli gəlir. Münaqişə ilə bağlı danışıqlar prosesi Avropa Şurası Nazirlər Komitəsinin diqqətindədir. Avropa Şurası əldə olunacaq sülh razılaşmalarına öz töhfəsini verməyə daim hazırdır. Eyni zamanda, başlıca məsələ tərəflər arasında qarşılıqlı etimad mühitinin olmasıdır.

Kosovo məsələsinə gəlincə, bu ayrı bir məsələdir və Kosovo məsələsinin öz xüsusi cəhətləri var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR