Romada “Azərbaycan: Gələcəyi təsəvvür etmək” adlı təqdimat keçirilib

Romada “Azərbaycan: Gələcəyi təsəvvür etmək” adlı təqdimat keçirilib
# 18 oktyabr 2012 22:34 (UTC +04:00)
Bakı-APA. İtaliyanın Roma şəhər meriyasının təşəbbüsü ilə təşkil edilən “Diplomatiya festivalı” (Festival della Diplomazia) çərçivəsində Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə “Azərbaycan: Gələcəyi təsəvvür etmək” (Azerbaigian: Immaginare il futuro ) adlı təqdimat keçirilib. Bu barədə APA Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən məlumat verir. Tədbirdə çoxsaylı KİV nümayəndələri, akademik dairələrin nümayəndələri, iş adamları və xarici ölkələrin İtaliyadakı diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun çıxışı ilə başlamış və daha sonra digər natiqlər çıxış ediblər. Çıxışçılar sırasında əsas məruzəçi BDU-nun beynəlxalq münasibətlər kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli, Roma merinin diplomatik müşaviri Filippo La Roza, İtaliyanın aparıcı qəzetlərdən biri olan “Solo 24 Ore” qəzetinin xarici siyasət məsələləri üzrə jurnalisti Alberto Neqri, İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz bölgəsi üzrə tədqiqatçısı Nona Mikelidze və İtaliya-Azərbaycan İqtisadi Assosiasiyasının sədri Manuela Traldi olub.
Bəxtiyar Aslanbəyli öz çıxışında Azərbaycanın qədim tarixi, mədəniyyəti, ölkəmizin ənənəvi dini dözümlülüyü, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi, danışıqların hazırkı vəziyyəti, enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın təşəbbüskarı olduğu layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Bundan sonra, digər çıxışçılar Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycanla ilə İtaliya arasında tarixi-mədəni, iqtisadi əlaqələrdən və Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizə və ümumiyyətlə bölgənin təhlükəsizliyinə vurduğu ziyandan danışıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR