Ümumrusiya İctimai Rəyi Öyrənən Mərkəzin baş direktoru: “Son sorğuya görə Vladimir Putin 58,6 faiz səslə qələbə qazanacaq”

Ümumrusiya İctimai Rəyi Öyrənən Mərkəzin baş direktoru: “Son sorğuya görə Vladimir Putin 58,6 faiz səslə qələbə qazanacaq”
# 20 fevral 2012 11:03 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə mərkəzin baş direktoru Valeriy Fedorov bu gün “İnterfax” agentliyində keçirdiyi mətbuat konfransında bildirib. O, son sorğunun nəticələrinə görə V. Putinin 58,6 faiz səs qazanacağını bildirib: “İkinci yerdə 14,8 faiz səslə Gennadiy Zyuqanov, üçüncü yerdə 9,4 faiz səslə Vladimir Jirinovski gəlir. Mixail Proxorov 8,7 faiz səslə dördüncü, Sergey Mironov isə 7,7 faiz səslə beşinci yeri tutub”.

Mərkəzin sorğularında iştirak edən respondentlərin 64 faizi Vladimir Putinin birinci turda, 20 faizi isə ikinci turda qalib gələcəyini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR