Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 73 əcnəbi saxlanılıb

Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 73 əcnəbi saxlanılıb
# 30 iyul 2012 15:24 (UTC +04:00)
Bu barədə APA-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib. Keçirilən tədbirlər nəticəsində saxlanılmış əcnəbilərin Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşaması və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilməsi müəyyənləşib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR