Bakıda Azərbaycan-Estoniya biznes forumu keçirilir

Bakıda Azərbaycan-Estoniya biznes forumu keçirilir
# 29 iyun 2012 06:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanın İKT sahəsində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib və qeyd edib ki, İKT-nin inkişafı digər ölkələrlə, o cümlədən Estoniya ilə əməkdaşlığın inkişafı üçün imkan yaradır.

«Elektron hökumət» layihəsi barədə danışan nazir müavini bildirib ki, Azərbaycan bu sahədə Estoniyanın təcrübəsindən istifadə etməyə davam edəcək. Misal olaraq İ.Məmmədov Azərbaycanın Estoniyanın «Cybernet» şirkəti ilə əməkdaşlığı gətirib.

Öz növbəsində çıxış edən Estoniyanın iqtisadi əlaqələr və rabitə naziri Yuhan Parts iki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib və bildirib ki, ötən gün keçirilən iqtisadi-ticarət hökumətlərarası komissiyasının iclası Azərbaycan və Estoniya arasında əlaqələri bir qədər də inkişaf etdirmək üçün yaxşı platforma ola bilər: «Əlaqələri genişləndirmək üçün İKT, kənd təsərrüfatı, turizm, sənaye, o cümlədən gəmiqayırma sahələrində əməkdaşlıq edə bilərik».

Nazir onu da bildirib ki, Estoniya Azərbaycanda «start-up» müəssisələri (kiçik biznes) yarada bilər: «Hesab edirəm ki, hər iki ölkə kiçik biznesi bir qədər də inkişaf etdirməlidir».

Qeyd edək ki, forum çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR