Belçika Konstitusiya Məhkəməsinin hakimi: “Xocalı hadisələri ilə bağlı beynəlxalq cinayət məhkəməsi yaradılmalıdır”

Belçika Konstitusiya Məhkəməsinin hakimi: “Xocalı hadisələri ilə bağlı beynəlxalq cinayət məhkəməsi yaradılmalıdır”
# 24 fevral 2012 09:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Xocalı hadisələri ilə bağlı xüsusi beynəlxalq cinayət məhkəməsi yaradılmalıdır. APA-nın məlumatına görə, bunu Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən «İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı» adlı beynəlxalq konfransdakı çıxışında Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman deyib.

Cənab Murmanın sözlərinə görə, eyni formalı məhkəmələr Kosova, Livan, İraq və s.-lə bağlı yaradılıb: “Beynəlxalq səviyyədə belə təcrübə mövcuddur. Bunlar yerli təyinatlı məhkəmə deyil. Burada beynəlxalq ekspertlər cəlb olunmalı, araşdırmalar aparılmalı, müvafiq qərarlar qəbul edilməlidir. Bəşəriyyətə qarşı belə cinayətləri törədənlər tapılmalı və cəzalandırılmalıdır».

Jan-Pol Murman deyib ki, bu cür cinayətləri törədən şəxslərin hansısa dövlət tərəfindən dəstəklənməsi, himayə olunması, onlara pasport verilməsi belə cinayətlərin gələcəkdə yenidən baş verməsinə səbəb olur: «Bu vəhşilikləri törədənlər artıq müəyyən edilib, lakin 20 ildir bununla bağlı qərar qəbul olunmur».

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR