Nazirlər Kabineti Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul edib

Nazirlər Kabineti Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul edib
# 08 fevral 2012 08:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Nazirlər Kabineti Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Təhsil Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, qəbul edilmiş qərara əsasən Milli Qəhrəman Riad Əhmədovun yaşadığı binaya (Bakı şəhəri, Lermontov küçəsi 113/117) və adını daşıdığı Bakı şəhərindəki 203 nömrəli tam orta məktəbə onun xatirə lövhəsi vurulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR