Dövlət qurumlarında Azərbaycan dilini bilməyən şəxslərin vəzifələri aşağı salına bilər
18 sentyabr 2012 10:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Dövlət qurumlarında Azərbaycan dilini bilməyən şəxslərin vəzifələri aşağı salına bilər. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib. Onun sözlərinə görə, bu, yeni hazırlanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram"nın layihəsinin yekun variantında öz əksini tapıb.
F. Veysəlli qeyd edib ki, Dövlət Proqramında dövlət qurumlarında Azərbaycan dilinin işlənmə səviyyəsini araşdırmaq üçün xüsusi monitorinq qrupunun yaradılması nəzərdə tutulur: “Monitorinq qrupu müvafiq plan əsasında ayrı-ayrı nazirliklərdə test imtahanları keçirəcək. Test imtahanından keçməyən və monitorinq qrupundan sertifikat almayan şəxslər daha əvvəlki vəzifədə işləyə bilməyəcək, onun vəzifəsi ən azı bir pillə aşağı salınacaq. Proqramda işə qəbul olarkən dövlət dilini bilmə səviyyəsini öyrənmək üçün xüsusi imtahanların keçirilməsi də nəzərdə tutulur. Hazırda Azərbaycanın dövlət qurumlarında dövlət dilinin işlənmə səviyyəsi bizi qane eləmir. Problemlər var və heç kəs bunu inkar eləmir. Telekanallarda da, xüsusilə də dublyaj olunmuş filmlərin dilində həddindən artıq normadan kənara çıxmalar var”.
F. Veysəlli bildirib ki, Proqrama doktoranturaya texniki fənlər üzrə imtahan verən şəxslərin Azərbaycan dilindən imtahan verməsi təklifi də salınıb: “Riyaziyyat, botanika, kimya, fizika ixtisasları üzrə doktoranturada təhsil alan şəxslər də Azərbaycan dilindən imtahan verməlidirlər. Çünki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir və bütün dissertasiyalar bu dildə yazılaraq müdafiə olunur. Rus bölməsinə dissertasiyaları Rus dilində yazıb müdafiə etmək hüququ verilir. Amma onların avtoreferatları da Azərbaycan dilinə tərcümə edilib çap olunmalıdır”.
Qeyd edək ki, Dövlət Proqramının yekun variantı bu ayın sonunda Azərbaycan Nazirlər Kabinetinə təqdim ediləcək. Hazırda Dövlət Proqramının layihəsi müxtəlif dövlət və ictimai təşkilatlarına, ziyalılara təqdim olunub.

Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024