Nabranda restoran yanıb

Nabranda restoran yanıb
# 10 sentyabr 2012 16:45 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Nabran istirahət zonasında yerləşən “Nurel” restoranının bir hissəsi yanıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Ağaşirinov Şamxal Ağaşirin oğluna məxsus obyektdə baş verən yanğın nəticəsində restoranın 60 kv. metr hissəsi yanıb. Alovun söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR