İctimai Palata mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirəcək

İctimai Palata mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirəcək
# 12 may 2012 09:28 (UTC +04:00)
İP-nin katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, aksiyada həbsdə olan Palata üzvlərinin azadlığa buraxılması, «Azad seçki!», «Sərbəst toplaşmaq azadlığı təmin olunsun!» və s. bu kimi şüarlar səsləndirəcək.

G.Aslanlı həmçinin qeyd edib ki, ötən gün gecə saatlarında İP Koordinasiya Şurasının üzvləri telefon və internet vasitəsilə apardıqları müzakirələrdə mayın 13-də razılaşdırılmamış yürüş-mitinq keçirilməsinin məqsədəuyğun olmadığı qənaətinə gəliblər. Qurumun rəhbərləri İP-nin mayın 13-nə təyin etdiyi aksiyaya istədikləri yerdə şərait yaradılmadığına etiraz olaraq Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək barədə qərar qəbul ediblər.

Qeyd edək ki, İctimai Palata mayın 13-də saat 16:00-dan 18:00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda, «İnqilab» kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə «Dərnəgül» metro stansiyasının qarşısında yürüş mitinq-keçirmək haqda qərar vermişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR