Bu il Azərbaycana turist axını 7%-dən çox artıb

Bu il Azərbaycana turist axını 7%-dən çox artıb
# 28 sentyabr 2012 10:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Azərbaycanda 31 850 yataq yerlik 506 hotel fəaliyyət göstərir.

APA-Economics”in xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, ölkədə lisenziya verilmiş mehmanxanaların sayı 327, turizm şirkətlərinin sayı 210-dur.

A.İsmiyev qeyd edib ki, bu il Azərbaycana 1 mln. 881 min nəfər turist gəlib, bu isə ötən illə müqayisədə 7,2% artıqdır: “Təkcə yay mövsümündə Bakıda və ölkənin regionlarında 353 min nəfər istirahət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 121 min nəfər və ya 52% çoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR