Azərbaycan ərazisində havanın temperaturu sabahdan yüksəlməyə başlayacaq, bəzi yerlərdə 22 dərəcə isti olacaq

Azərbaycan ərazisində havanın temperaturu sabahdan yüksəlməyə başlayacaq, bəzi yerlərdə 22 dərəcə isti olacaq
# 28 mart 2012 09:48 (UTC +04:00)
Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gecə 2-4, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Martın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Gecə 3-6, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 29-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Martın 30-31-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-8, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR