Bu il Azərbaycanda icbari avtomobil sığortası bazarının həcmi 70 mln. manata çata bilər

Bu il Azərbaycanda icbari avtomobil sığortası bazarının həcmi 70 mln. manata çata bilər
# 04 iyul 2012 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə bazarın həcminin 2012-ci il ərzində 60-70 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, artıq ölkə üzrə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə 400 mindən çox avtonəqliyyat vasitəsi sığortalanıb.

N.Xəlilov bildirib ki, cari ilin sonuna kimi ölkədə istismarda olan bütün avtomobillərin icbari sığortaya cəlb olunacaq və bunun nəticəsində ilin sonuna kimi bazarın həcminin 60-70 mln. manata çatacağı istisna olunmur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR