Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə bur tayfaları məskunlaşmağa başlayıb - ARAŞDIRMA

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə bur tayfaları məskunlaşmağa başlayıb - <font color=red>ARAŞDIRMA</font>
# 05 may 2012 16:35 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Afrikadan köçüb gələn Bur tayfaları artıq azərbaycanlıların kompakt yaşadığı Qardabanidə də məskunlaşmağa başlayıblar. Gürcüstanda indiyədək 25 Cənubi Afrikada fermeri - burlar məskunlaşıb.

APA-nın araşdırmasına görə, Bur tayfaları holland əsillidir. Holland dilində “Bur” sözü kəndli deməkdir. Qardabanidə yaşayan bur fermerləri qarğıdalı becərməklə məşğuldur. Burada çalışan bur millətindən olan Salk Kryuqer 160 hektar sahədə qarğıdalı becərməyə başlayıb. O, min hektar sahəni icarəyə götürüb. Dediyinə görə, onun fermer təsərrüfatında 5 nəfər yerli sakin işlə təmin edilib: “Bu torpaqlar münbitdir, əkinə yararlıdır. Gürcüstan isə təhlükəsiz bir ölkədir. Buraya ailəli gəlmək lazımdır və uşaqlarımızın gələcəyi barədə düşünmək olar”. Bu günlərdə o, Tiflisdə baş tutan tədbirdə Cənubi Afrikadan gələn 70 nəfər bur biznesmeni qarşısında çıxış edib.

Xatırladaq ki, bur tayfalarının Gürcüstana dəvət edilməsi bu ölkənin diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitaya tərəfindən bir təşəbbüs kimi irəli sürülüb. Papuna Davitaya burların nümayəndələri ilə görüşündə bunu bir daha xatırladaraq qeyd edib ki, bur fermerləri Gürcüstan iqtisadiyyatına bir neçə milyon lari xeyir veriblər və bu, gələcəkdə daha çox ola bilər: “Burların Gürcüstana qoyduğu investisiya nəticəsində yerli fermerlər üçün yeni təsərrüfat təcrübəsi yaranır”.

Məlumata görə, burlar Qardabanidən başqa Acarıstanda və Kaxetiyada torpaqlar almağa başlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR