Azərbaycan paytaxtında fəhlə istirahət parkında özünü ağacdan asaraq intihar edib

Azərbaycan paytaxtında fəhlə istirahət parkında özünü ağacdan asaraq intihar edib
# 20 sentyabr 2012 06:47 (UTC +04:00)
Bu barədə APA-ya Xətai rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayon ərazisində yerləşən Gənclik Parkında qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədhəsən Abbasov parkdakı ağacdan özünü asıb. Onun meyiti ərazidə olan vətəndaşlar tərəfindən aşkar edilib və bu barədə polisə məlumat veriblər.

Prokurorluqdan həmçinin bildirilib ki, mərhum fəhləliklə məşğul olurmuş.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR