Azərbaycan XİN Dağlıq Qarabağda separatçıların keçirməyə hazırlaşdığı “prezident seçkisi”nə münasibətini açıqlayıb

Azərbaycan XİN Dağlıq Qarabağda separatçıların keçirməyə hazırlaşdığı “prezident seçkisi”nə münasibətini açıqlayıb
# 30 mart 2012 07:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçıların keçirməyə hazırlaşdığı “prezident seçkisi”nə münasibətini açıqlayıb. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında faktı Ermənistan hakimiyyətinin növbəti provokasiyası adlandırıb: “Bu, Ermənistanın münaqişənin həllinə yanaşmasını, beynəlxalq hüquq normalarına hörmətsizliyini göstərir və bu ölkənin BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa Parlamenti kimi beynəlxalq qurumlar tərəfindən qəbul olunan qətnamələri tam inkar etməsi deməkdir”.

E. Abdullayev bəyan edib ki, Ermənistan bu addımı ilə danışıqlar prosesinə növbəti zərbə endirəcək: “Onlar bununla işğalçılıq siyasətini davam etdirdiklərini göstərirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR