Nikolay Bordyuja Azərbaycanın KTMT ilə əməkdaşlıq etməməsinə təəssüflənir - EKSKLÜZİV

Nikolay Bordyuja Azərbaycanın KTMT ilə əməkdaşlıq etməməsinə təəssüflənir - <font color=red>EKSKLÜZİV</font>
# 21 fevral 2012 12:07 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. “Bu gün Azərbaycan böyük hərbi büdcəyə malikdir”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

O, Azərbaycanın hərbi sənayesinin günüdən-günə möhkəmləndiyini, ordusunun müasir silahlarla silahlandığını bildirib: “Mən başa düşürəm ki, hər bir ölkə yaxşı silahlanmış orduya malik olmalıdır. Lakin ən başlıcası bu hərbi potensialdan postsovet məkanında qanlı nəticələrə səbəb ola biləcək münaqişələr zamanı istifadə edilməməsidir. Mən bütün bunları görmüşəm, bilirəm ki, bu proseslər necə baş verir və bundan qorxuram”.

N. Bordyuja Azərbaycanın KTMT ilə əməkdaşlıq etməməsindən çox təəssüfləndiyini bildirib: “Bunun səbəbləri mənə məlumdur. Amma çox istərdim ki, Azərbaycan bizimlə təhlükəsizlik sahəsində əməkdaşlıq eləsin. Biz Azərbaycanla əməkdaşlıq etməyin yollarını tapa bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR