FHN Azərbaycan paytaxtında iki nəfərin ölümü ilə nəticələnmiş zəncirvari qəza haqqında məlumat açıqlayıb

FHN Azərbaycan paytaxtında iki nəfərin ölümü ilə nəticələnmiş zəncirvari qəza haqqında məlumat açıqlayıb
# 25 oktyabr 2012 07:03 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda “Mercedes”, “VAZ”, “Opel”, “Tofaş” markalı minik avtomobilləri, “QAZel”, “Ford” markalı yük avtomobilləri, “Mercedes” markalı sərnişin avtobusu və “Hyundai” markalı mikroavtobus zəncirvari toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb, yanğın baş verib. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində 2 nəfər ölüb. “Mercedes” markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR