Azərbaycan DİN: “Son zəng” tədbirlərində təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq

Azərbaycan DİN: “Son zəng” tədbirlərində təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq
# 30 may 2012 13:42 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, sabah - mayın 31-də ölkənin ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçiriləcək.

Bu tədbirlərin səhər saat 10.00-dan başlayaraq yalnız məktəblərin ərazisində keçirilməsi nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, keçiriləcək tədbirlərin və tədbir iştirakçılarının təhlükəsizliyini, eləcə də ictimai asayişi və hüquq qaydalarını daha etibarlı və nümunəvi təmin etmək məqsədilə məktəblərin ətrafında polisin post-patrul naryadları xidmət aparacaq.

Asayiş keşikçiləri istər məzunların, istərsə də “Son zəng” tədbirlərinə qatılacaq müəllim və valideynlərin təhlükəsizliklərini yüksək səviyyədə təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini vaxtında və effektli təşkil edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR