Aşqabadda MDB ölkələrinin milli istehlak məhsullarının sərgi-yarmarkası keçiriləcək

Aşqabadda MDB ölkələrinin milli istehlak məhsullarının sərgi-yarmarkası keçiriləcək
# 22 avqust 2012 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 20-dən oktyabrın 10-dək Aşqabadda (Türkmənistan) MDB ölkələrinin milli istehlak məhsullarının sərgi-yarmarkası keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, yarmarka iştirakçılarının məhsullarının Türkmənistan ərazisinə daxil olması və geri aparılması zamanı heç bir gömrük rüsumu və yığımı tətbiq olunmayacaq. Bundan başqa, vizanın əldə edilməsi, məhsulun güzəştli şərtlərlə satılmasında və digər məsələlərdə Türkmənistan Ticarət və Sənaye Palatası tərəfindən dəstək veriləcək.
Yarmarkada iştirak etmək istəyənlər təşkilat komitəsinə müraciət edə bilər.
Əlaqə telefonu: (+99312) 940549.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR