Millət vəkili Qənirə Paşayeva Azərbaycan Nyu-York Assosiasiyasının medalına layiq görülüb - FOTO

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Nyu-York Assosiasiyasının medalına layiq görülüb - <font color=red>FOTO</font>
# 09 iyul 2012 09:14 (UTC +04:00)
Bakı-APA. Millət vəkili Qənirə Paşayeva Azərbaycan Nyu-York Assosiasiyasının medalına layiq görülüb. APA-nın məlumatına görə, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevaya bu medal ABŞ səfəri çərçivəsində təqdim edilib. Bu mükafatın onun üçün çox dəyərli olduğunu deyən millət vəkili Qənirə Paşayeva təşkilatın üzvlərinə minnətdarlığını bildirib. Millət vəkili Bruklində Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri ilə keçirdiyi görüşdə deyib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. ABŞ-da harada doğulmasından asılı olmayaraq minlərlə azərbaycanlıların yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib. Millət vəkili eyni zamanda ABŞ-da fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının Azərbaycan həqiqətlərinin təbliği və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində qarşılıqlı hərəkət etmələrinin vacibliyini də qeyd edib.

Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri millət vəkili ilə görüşdə bu istiqamətdə görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə məlumatlar veriblər və ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumatlar verilib, təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR